Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mən konsert verirəm, amma siz səhifə bağlatdırırsınız”

“Mən konsert verirəm, amma siz səhifə bağlatdırırsınız”

Tarix: 1 Yanvar 2024 12:45

"Demişəm ki, 10 müğənnidən birincisi olacağam. Bura da çox sevgi ilə gəlmişəm. Böyük qalmaqallar yaşamışam, bu gün də yaşayıram. Əslində, istəməmişəm bunları yaşamaq. Amma kiminsə ətrafında olan cılızlar var. Düşünürəm ki, əvvəlcə yaxşı ətraf yığmalırdılar, istədiklərini də dərindən arzu etməlidirlər".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Xəbərin var" verilişində ulduz olmaq istəyən gənclərə tövsiyələrini çatdırarkən deyib. Estrada ulduzu həmçinin bildirib ki, şou-biznesdə heç kim onunla sağlam rəqabət apara bilmir:

"Mən acığa iş görən adam deyiləm. Kimsə məni sancanda sözümü deyərəm. Niyə dayanım? Düşünmürəm ki, mənimlə sağlam rəqabət aparırlar. Buradan da deyirəm, bacarmırsınız, mənimlə sağlam rəqabət apara bilmirsiniz. Mən mahnı seçirəm, aranjiman etdirirəm, konsert verirəm. İstədiyimi həyata keçirə bilirəm. Amma, məsələn, siz kiminsə səhifəsini bağlatdıra, hansısa xəbəri saxlatdıra bilərsiz. Çox cılız, balaca işlərlə məşğulsunuz. Bu da balaca uşaqlara aiddir, sənətçinin özünə yox. Mən onsuz da öz işimdəyəm, qalib gələn tərəf olacağam. Çünki hər kəsi sevirəm, hömətlə yanaşıram. Onların da işinə sayğı duyuram. Bəli, xoşlamadığım sənətçilər də var. Amma onları görəndə salamlaşıram. Ona niyə büruzə verim ki, xoşuma gəlir, ya yox? Nəyinə lazımdır ki, sevirəm, sevmirəm? Sevirsənsə də, sevgini bildir, axşam rahat yat".

Milli.Az


Etiketlər:  Mən konsert verirəm amma siz səhifə bağlatdırırsınız


RƏYLƏR