Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2024 17:08
Ukrayna Silahlı Qüvvələri Rusiya raketlərinin əksəriyyətini vurmağa qadir deyil və Qərbin hava hücumundan müdafiə sistemləri yalnız bəzi əraziləri qoruyur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.
İqnat bildirib ki, Ukrayna ordusu aviasiya, ballistik raketlər, eləcə də S-300 kompleksinin raketlərini vurmağa qadir deyil:
"Hamımız başa düşürük ki, biz "Patriot" zenit-raket komplekslərini yalnız may ayında aldıq və yalnız müəyyən ərazidə istifadə etməyə başladıq. Ona görə də başa düşməlisiniz ki, biz yalnız qanadlı raketləri və ya X-59-ları vururuq".