Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi transfer büdcəsini artırıb

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi transfer büdcəsini artırıb

Tarix: 2 Yanvar 2024 04:46

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Portuqaliya klubu "Braqa" transfer büdcəsini artırıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, rəhbərlik baş məşqçi Artur Jorjeyə daha geniş imkanlar yaradıb.

Komandanın həm Portuqaliya çempionatındakı uğurlu çıxışını, həm də avrokuboklarda mübarizəni davam etdirdiyini nəzərə alan klubun sahibi "Qatar Sports Investments" şirkəti daha çox maliyyə ayırmaq qərarına gəlib. Yeni yatırıma əsasən, rəhbərlik qış və yay fasilələrində heyəti gücləndirə biləcək.

Qeyd edək ki, Portuqaliya çempionatında 15 turdan sonra 32 xalla dördüncü pillədə qərarlaşan "Braqa" liderdən cəmi 5 xal geri qalır. "Qarabağ" bu komanda ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.


Etiketlər:  Qarabağın Avropa Liqasındakı rəqibi transfer büdcəsini artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ