Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail ordusu tunel şəbəkəsində döyüşə girdi

İsrail ordusu tunel şəbəkəsində döyüşə girdi

Tarix: 2 Yanvar 2024 19:34

İsrail əsgərləri Qəzza şəhərinin Şeyx Radvan yaşayış məhəlləsində HƏMAS-ın qərargahını ələ keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.

Bildirilir ki, strateji qərargah HƏMAS-ın kəşfiyyat bölməsi və terror qruplaşmasının digər bölmələri tərəfindən bütün Qəzza zolağında döyüşləri idarə etmək üçün istifadə edilib.

401-ci briqada qərargahın əsas binasına basqın edərək, HƏMAS-ın komanda mərkəzi kimi istifadə etdiyi 20 metr dərinlikdə bunkeri aşkarlayıb.

Bildirilir ki, bunkerdə HƏMAS komandirlərinin uzun müddət gizli qalması üçün istirahət yerləri olub. Qoşunlar həmçinin yeraltı sığınacaqda silah və digər texnika aşkar ediblər.

Hərbi Hava Qüvvələrinin elit bölməsinin qüvvələri tunellərdən birinə daxil olaraq HƏMAS silahlıları ilə yerin altında döyüşüb, döyüşlərin sonunda bütün terrorçular məhv edilib.

Milli.Az


Etiketlər:  İsrail ordusu tunel şəbəkəsində döyüşə girdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ