Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fatih Terim üçün vacib gün

Fatih Terim üçün vacib gün

Tarix: 3 Yanvar 2024 11:50

Bu gün "Panatinaikos" Fatih Terimin baş məşqçiliyi altında ilk oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda Yunanıstan Superliqasının 16-cı turunda autsayder "Yannina"nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bununla da Terim "Panatinaikos"da debüt oyununa çıxacaq.

Qeyd edək ki, "Panatinaikos" hazırda turnir cədvəlində lider PAOK-dan 1 xal geri qalaraq 34 xalla 2-ci yeri tutur. "Gianina" isə 9 xalla sonuncu - 14-cüdür.

Xatırladaq ki, F.Terim 1 həftə əvvəl "Panatinaikos"a baş məşqçi təyin olunub.

23:00. "Panatinaikos" - "Yannina" 

Baş hakim: Panaqiotis Rafail Tsiaras

"Apostolos Nikoloidis Stadium".

Milli.Az


Etiketlər:  Fatih Terim üçün vacib gün


RƏYLƏR