Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu oyunu da pozacağıq - Ərdoğan sərt danışdı

Bu oyunu da pozacağıq - Ərdoğan sərt danışdı

Tarix: 3 Yanvar 2024 12:28

Səudiyyə Ərəbistanında yaşanan "Super Kubok böhranı" ilə bağlı Türkiyə və ölkənin maraqlarına qarşı gizli əməliyyat, təxribat cəhdi var.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ölkəmizi müxtəlif təxribatlarla regiondakı tərəfdaşlarından, çox güclü tarixi, dini, insani, iqtisadi və ticari əlaqələri olan qardaş ölkələrdən ayırmaq cəhdlərindən xəbərdarıq. Yay aylarında Türkiyənin ən mühüm gəlir mənbələrindən biri olan turizmi sarsıtmaq üçün kampaniya aparıldı. İndi müxalifət partiyalarının dəstəyi ilə idman vasitəsilə də analoji dalğanın yaradılmasına çalışıldığını görürük.

Təsadüfi deyil ki, bu nifrət dalğası Türkiyəyə sərmayə qoyan, zəlzələ faciəsi də daxil olmaqla çətin anlarda yanımızda olan, ən mühüm ticarət tərəfdaşlarımızdan olan qardaş ölkələri hədəf alır. Türkiyənin maraqlarına qarşı gizli əməliyyat, təxribat cəhdləri var. Əvvəlki çirkin ssenariləri məhv etdiyimiz kimi, Allahın izni ilə bu oyunu da mütləq məhv edəcəyik", - deyə Ərdoğan bildirib.

Milli.Az


Etiketlər:  Bu oyunu da pozacağıq Ərdoğan sərt danışdı


RƏYLƏR