Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2024 22:10
Azərbaycan Ermənistanın müxtəlif bölgələrini, o cümlədən İrəvanı azərbaycanlıların tarixi məskənləri kimi təqdim edərək təbliğat hücumlarını kəskin surətdə gücləndirib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu iddianı Ermənistan parlamentinin deputatı, müxalif siyasətçi Tiqran Abramyan sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, "bu istiqamətə yatırılan vəsait" dəfələrlə artırılıb, "istifadə olunan arsenal" genişləndirilib:
"Söhbət Azərbaycanın başqa istiqamətlərə maraq göstərməməsində deyil, problem indidir: təbliğat birbaşa Ermənistana qarşı artan yeni siyasi ambisiyalar ilə bağlıdır".