Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Benzema doğma klubuna qayıdır?

Benzema doğma klubuna qayıdır?

Tarix: 4 Yanvar 2024 02:16

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə klubunu tərk edə bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.

Bildirilir ki, Fransalı forvard "Lyon"a qayıda bilər. Fransa klubunun rəhbərliyi artıq transfer üzərində işləyir.

Benzema daha əvvəl karyerasını yetirməsi olduğu bu klubda (2005-2009) bitirmək istədiyini bildirmişdi.

Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin yayında azad agent kimi "Əl-İttihad" klubuna keçib. Bu mövsüm futbolçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində bütün turnirlərdə 11 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. /Publika.az/

Milli.Az


Etiketlər:  Benzema doğma klubuna qayıdır


RƏYLƏR