Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hənif dini” nə deməkdir? Bu dinin ardıcılları indi qalıbmı?

“Hənif dini” nə deməkdir? Bu dinin ardıcılları indi qalıbmı?

Tarix: 4 Yanvar 2024 08:02

"Hənif" sözünün mənası tək tanrıya inanan deməkdir. Dini terminologiyada səmavi kitabı olan dinlər bu cür adlandırılır. Yəhudi, xristian və İslam dinlərinin baniləri insanları tək tanrıya inanmağa dəvət edirdilər (Həzrət Musa, İsa və Mühəmməd peyğəmbərlər). Bu dinləri hər üç peyğəmbərin ulu əcdadı olan Həzrət İbrahim Peyğəmbərin (ə) adı ilə "İbrahimi dinlər" də adlandırırlar. Amma sonralar yəhudi və xristian dinlərinin mahiyyəti təhrif edildi. Buna görə də hazırda bu iki dinin ardıcıllarını hənif saymaq olmaz.
İslam tarixindən bəhs edən kitablarda İslamın gəlişindən əvvəl Ərəbistanda yaşamış bəzi şəxslər də hənif adı ilə xatırlanır. Bu ayrı-ayrı şəxslər o zaman Ərəbistan əhalisinin inancı olan bütpərəstliyə inanmır, tək tanrıya pərəstiş edir, şirk etmirdilər. Onlar əsasən Həzrət İbrahim Peyğəmbərin (ə) dinində olduqlarını söyləyir, özünəməxsus şəkildə ibadət edirdilər. Hənif dinində olanlar bütlərə inanmır, bütlərin adına qurban kəsmir, oxlarla fala baxmır, qumar oynamır, şərab içmir, zina etmirdilər. Xristianların arasında da Həzrət İsanın (ə) təhrif olmamş əsl şəriətinə əməl edən bəzi hənif rahiblər var idi. Həzrət Mühəmməd (s) öz peyğəmbərliyini elan etdikdən sonra hənif dinində olanların böyük bir qismi Allaha iman gətirib müsəlman oldu.


Etiketlər:  Hənif dini deməkdir dinin ardıcılları indi qalıbmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ