Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Blinken Kolonna ilə Yaxın Şərqi müzakirə etdi

Blinken Kolonna ilə Yaxın Şərqi müzakirə etdi

Tarix: 4 Yanvar 2024 22:30

ABŞ dövlət katibi Entoni Blinken Fransa xarici işlər naziri Ketrin Kolonna ilə Yaxın Şərqdə gərginliyin artmasını müzakirə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

"Görüş zamanı Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısını almaq üçün tədbirlərin, o cümlədən İordan çayının qərb sahilində gərginliyin azaldılması, Livan və İranda gərginliyin qarşısının alınması üçün konstruktiv addımların vacibliyi müzakirə olunub", - məlumatda bildirilib.

Qeyd olunub ki, Blinken husilərin Qırmızı dənizdə ticarət gəmilərinə edilən qanunsuz hücumların dərhal dayandırılması, qeyri-qanuni saxlanılan gəmi və ekipajın sərbəst buraxılmasının zəruri olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Blinken Kolonna ilə Yaxın Şərqi müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ