Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2024 23:40
Bu ilin ilk ayından etibarən Qazaxıstanda Rusiya telekanallarının, o cümlədən "Kanal-1"in yayımının dayandırılması iqtisadi səbəblərlə bağlıdır. Yerli operatorun borcu səbəbi ilə 2024-cü il müqaviləsi bağlanmayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, "First Channel" Ümumdünya Şəbəkəsinin Qazaxıstandakı rəsmi nümayəndəsi İrina Kalaşnikova bu barədə məlumat verib.
"2024-cü ildə ortaq məxrəcə gələ bilmədiyimiz üçün saziş imzalanmadı. Əsas səbəb operatorun müəllif hüququ sahibinə olan borcudur. Bununla əlaqədar olaraq biz bir neçə TV kanalın yayımını bağlamaq məcburiyyətində qaldıq", - Kalaşnikova bildirib.