Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qara Qarayev fərdi məşqlər edir

Qara Qarayev fərdi məşqlər edir

Tarix: 5 Yanvar 2024 07:36

"Neftçi" Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, "Gloria Sport Arena"da keçirilən ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər.

Misli Premyer Liqasının 18-ci turunda "Kəpəz"lə oyunda sıradan çıxan Reziuan Mirzov hələlik müalicəsini davam etdirir.

"Ağ-qaralar"ın daha 3 üzvü Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində komandaya qoşulacaqlar.

Milli.Az


Etiketlər:  Qara Qarayev fərdi məşqlər edir


RƏYLƏR