Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu, İranla İsrail arasında yeni müharibədir - Arakelyan

Bu, İranla İsrail arasında yeni müharibədir - Arakelyan

Tarix: 5 Yanvar 2024 08:14

Kermandakı partlayışlar İran-İsrail arasında proksi müharibənin növbəti təzahürü sayıla bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu erməni iranşünas Artur Artin Arakelyan deyib.

Onun sözlərinə görə, baş verənlərin arxasında İsrail dayanır və onun bu kimi hərəkətləri uzun müddətdir ki, analitiklər tərəfindən proqnozlaşdırılıb:

"Bu, İranla İsrail arasında növbəti toqquşma sayıla bilər. Təl-Əviv daim Tehranı Qəzzada vəziyyəti gərginləşdirməkdə ittiham edir.

Baş verənləri isə İran ərazisinə İsrailin terror hücumu hesab etmək olar".

Tehranın mümkün cavab addımlarına gəlincə, iranlı ekspert general Qasım Süleymaninin öldürülməsindən sonra İraqdakı Amerika bazalarının atəşə tutulmasını xatırladıb:

"Son günlər İranın proksi qüvvələri də Suriya və İraqdakı Amerika mövqelərini atəşə tutur. İranın reaksiyasını gözləmək lazımdır. Hər halda, İran diplomatiyası hərbi əməliyyatları öz ərazisindən mümkün qədər uzaqlaşdırmağa çalışır. Suriyada gərginlik ola bilər. Məsələn, Qolan təpələrində İsrailə qarşı addımlar atıla bilər".

Ekspert hesab edir ki, üsullar fərqli ola bilər:

"Çünki hər iki ölkənin bir-birinin ərazisində fəaliyyət göstərən casusları var".

Qeyd edək ki, 3 yanvarda Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Son rəsmi məlumata görə, 84 nəfər ölüb, 284 nəfər yaralanıb.


Etiketlər:  İranla İsrail arasında yeni müharibədir Arakelyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ