Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pişik təyyarənin uçuşunu pozdu, sahibi "qara siyahı"ya salındı

Pişik təyyarənin uçuşunu pozdu, sahibi

Tarix: 5 Yanvar 2024 08:26

İstanbul Hava Limanında Türk Hava Yollarına məxsus təyyarə sərnişindən qaçan pişiyə görə uçuşu dayandırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Afinaya uçmalı olan təyyarə havaya qalxmağa hazırlaşarkən qəflətən salonda pişik gəzməyə başlayıb.

Məlum olub ki, o, təyyarəyə xəbərdarlıq olunmadan mindirilib. Belə ki, onun sahibi lazımi sənədləri doldurmayıb və heyvanla bağlı ekipajı məlumatlandırmayıb.

Sahibinin əl yükündən qaçan pişik təyyarədə səs-küyə səbəb olub. Təyyarə uçuş-enmə zolağından hava limanının terminalına qayıdıb. Sərnişin və pişiyi təyyarədən düşürüblər. Məlum olub ki, qadın əvvəllər də gizlin yolla təyyarə salonuna heyvan keçirməyə cəhd edib. Aviaşirkət sərnişini "qara siyahı"ya salıb. (Oxu.az)

Milli.Az


Etiketlər:  Pişik təyyarənin uçuşunu pozdu sahibi qara siyahıya salındı


RƏYLƏR