Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2024 20:38
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında getdikcə artan fikir ayrılığı birincinin özünə inamı səbəbindən baş verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu amerikalı jurnalist, Zelenski haqqında kitabın müəllifi Saymon Şuster deyib.
"Zelenski daha inamlı olmağa başladı. O öz hərbi prioritetlərini müəyyənləşdirdi və onlar həmişə Zalujnının prioritetləri ilə üst-üstə düşmürdü. Tezliklə çatlar gücləndi", - Şuster bildirib.
Amerikalı jurnalistin sözlərinə görə, Zalujnı hələ 2022-ci ildə Zelenskinin potensial rəqibi hesab olunurdu və Silahlı Qüvvələrin baş komandanı Ukrayna lideri ilə münasibətlərini əlverişsiz tərəfdaşlıq adlandırmışdı.