Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Tarix: 11 Noyabr 2019 13:09

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan Trend-ə daxil olan məlumatda deyilir ki, noyabrın 11-də gecə saat 01 radələrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Mirağa Əliyevin ürək nahiyəsindən bıçaqla xəsarət alması nəticəsində müalicə müəssisəsində vəfat etməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin M.Əliyevin qonşusu, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlu tərəfindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Nicat Dajban Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  DİN Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ