Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə ''KAMAZ''ın təkəri partladı, sürücü ağır yaralandı

Şəkidə ''KAMAZ''ın təkəri partladı, sürücü ağır yaralandı

Tarix: 11 Noyabr 2019 13:36

Bakı. Samir Əli - Trend:

Şəkidə yük maşınının sürücüsü xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə rayonun Kiş kəndində baş verib.
Kənd sakini, 1971-ci il təvəllüdlü Şahin Məhərrəmov idarə etdiyi "KAMAZ" markalı yük avtomobilinin təkərinə hava doldurmaq istəyib. Həmin vaxt təkər partlayıb.

Təkərin dəmir halqasının sürücünün üz və baş nahiyəsinə dəyməsi nəticəsində o, ağır xəsarət alıb. Yaralı Şəki şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda Ş.Məhərrəmovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şəkidə KAMAZın təkəri partladı sürücü ağır yaralandı


RƏYLƏR