Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2024 08:52
Almaniyanın prokurorluğu fermerlərin ölkənin vitse-kansleri Robert Habeki daşıyan bərənin gəlişini əngəlləmək cəhdini araşdırır.
Sonxeber.net-a report.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə "Spiegel" yazıb.
"Bu hərəkət Şlüttzil, Şlezviq-Holştayndakı bərə estakadasının blokadasında iştirak edənlər üçün hüquqi nəticələrə malikdir: Flensburqun məsul prokurorluğu cümə günü təhqiqat başladıb", - nəşr vurğulayıb.
Xatırladaq ki, daha öncə Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt fermerlərin Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habekin olduğu bərənin gəlişini əngəlləməyə çalışdığını açıqlamışdı. O bildirmişdi ki, siyasi əxlaqın bu cür qəddarlığı "heç kəsi biganə qoymamalıdır".