Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna darmadağın, Qəzzada rəzalət, Çinin hazırlığı…

Ukrayna darmadağın, Qəzzada rəzalət, Çinin hazırlığı…

Tarix: 6 Yanvar 2024 09:00

Rusiyanın vəhşi təcavüzü, Ukrayna kimi ölkənin darmadağın olması, Qərbin Ukraynaya yardımlarının azalması fonunda Kiyevin güzəştlərə məcbur edilməsi, Yaxın Şərqdə, Qəzzada insanlıq adına rəzalət olan kütləvi qətllər, hibrid-proksi müharibələr... - bütün bunlar azmış kimi, indi də Şimali Koreya sağa-sola raket atır, Çin Tayvanın işğalına hazırlaşır, İordaniya Suriyanı bombalayır, 21-ci əsrdə dəniz quldurları gəmilərə hücum edir, Venesuela qonşu ölkənin ərazisini zəbt edir, Avropa axmaq qərarların, miqrant probleminin içində boğulur, Afrika ölkələrində həftədə bir dövlət çevrilişləri olur. Yəni, dünya tam bir xaosun içindədir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, İkinci Dünya savaşından sonra alınan qərarlar və 1975-ci il Helsinki aktının müddəaları artıq işləmir, beynəlxalq hüquq çöküb:

"Yeni "oyun qaydaları" lazımdır, başqa yol yoxdur. Dünyanın aparıcı ölkələri məsuliyyətlərini hiss edib yeni masa qurmalı, bütün problemlərin masada çözülməsinə çalışmalı, ən azı, 50-60 il işlək olacaq, heç kim tərəfindən pozulmasına imkan verilməyəcək yeni qaydalar müəyyənləşməli, beynəlxalq hüquq toxunulmaz şəkildə bərqərar olunmalıdır. Zatən sonda məhz belə olacaq, yaxın 1-2 ildə o masa qurulacaq, amma o vaxta qədər hər gün minlərlə insan öləcək".

Onun sözlərinə görə, insan övladı öz azadlığı, hüquqları uğrunda minillərlə vuruşub, qazanıb, bunlardan ən vacibi yaşamaq hüququdur - bir ovuc beynəlxalq dələduzun insan övladının əlindən yaşamaq hüququnu almasına imkan vermək olmaz:

"Dünyada təhlükə insanların say artımı deyil, dünyanın resurları 100 milyard insana da bəs edər, əsas təhlükə beynəlxalq dələduzlar, bir qrup manyakdır ki, bəşəriyyəti saxta gündəmlərlə məşğul edib insan haqq və azadlıqlarını boğmağa çalışırlar..."


Etiketlər:  Ukrayna darmadağın Qəzzada rəzalət Çinin hazırlığı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ