Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhurlar dünyasını dəyişən Gülbahar Şükürlünü belə xatırladılar - VİDEO

Məşhurlar dünyasını dəyişən Gülbahar Şükürlünü belə xatırladılar - VİDEO

Tarix: 6 Yanvar 2024 09:20

Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlü dünən uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Bir çox məşhurlar qarmon ustasının vəfatı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edərək, Gülbahar xanımla bağlı xatirələrini bölüşüblər.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) ötən il aparıcısı olduğu "Ümid ilə gəl" ictimai-sosial verilişində səhhəti ağırlaşan G.Şükürlünü efirində qonaq edərək, onun müalicəsi üçün sənət adamlarını maddi dəstək durmağa çağırmışdı. 

Proqramda qonaq olan Əməkdar artisti Kübra Əliyeva bildirib ki, dünyasını dəyişməzdən əvvəl həyat yoldaşı Zahid bəy Gülbahar xanıma dayaq olub.

Qarmon ifaçısı isə verilişdə "Elə düşünürəm ki, həyat yoldaşım Zahid mənim dərdimdən dünyasını dəyişdi".

Daha sonra müğənnilər Şəbnəm Tovuzlu, Nəfəs, Zeynəb Həsənova və Vəfa Şərifova G.Şükürlünün müalicəsi üçün ona maddi dəstək duracaqlarını söyləyiblər.

Qeyd edək ki, sözügedən verilişdə qonaq olan Gülbahar Şükürlü açıqlamasında bildirmişdi ki, daha öncəki müalicələri üçün qızıllarını, evini və bağ evini satıb. 

Milli.Az


Etiketlər:  Məşhurlar dünyasını dəyişən Gülbahar Şükürlünü belə xatırladılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ