Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yorğunsuz, bəlkə ürək çatışmazlığınız var? – Kardioloqdan ipucları

Yorğunsuz, bəlkə ürək çatışmazlığınız var? – Kardioloqdan ipucları

Tarix: 6 Yanvar 2024 22:15

Ürək çatışmazlığı nə qədər ciddi xəstəlik olsa da, əlamətləri bəzən az nəzərə çarpan, hətta ciddi görünməyə bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, kardioloq Oksana Nilova ürək xəstəlikləri riski və əlamətlərindən danışıb.
"Siqaret, içki, təzyiq, piylənmə, metobolik sindrom, oturaq həyat tərzi, genetik amillər risk faktorlarıdır.

Bu faktorlar hər biri hipertoniya, işemik xəstəlik, ürək çatmamazlığına səbəb ola bilər.

Xarakterik simptomlar isə təngnəfəslik, nəfəs darlığı, döyüntünün artması, bədəndə ödem, şişkinlikdir.

Pasiyent bu əlamətlərə görə həkimdən həkimə gedir, müxtəlif müayinələrdən keçir, ürək dərindən yoxlanmır.

Ürək çatışmazlığını müəyyən etmək üçün müəyyən alqoritm var.

Kardioloqun əsas vəzifəsi təzyiqi normallaşdırmaq, lipid mübadiləsi və xolesterini tənzimləməkdir.
Vaxtında olunan düzgün müalicə ürəyin ömrünü uzadır.

Ürək xəstəlikləri riski yaşla bağlı artır. Kişilərdə 40 yaşdan, qadınlarda 51 yaşdan müayinələr başlanmalıdır"

Milli.Az


Etiketlər:  Yorğunsuz bəlkə ürək çatışmazlığınız var Kardioloqdan ipucları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ