Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 07:32
Türkiyəli məşqçi Ertuğrul Sağlam Azərbaycan millisindən təklif alıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Kocaelispor"un çalışdırıcısı bununla bağlı "X" hesabında açıqlama yayıb. Adının "Beşiktaş"la hallanmasına münasibət bildirən mütəxəssis iki həftə əvvəl AFFA-dan da təklif aldığını bildirib:
"Beşiktaş"ın könlümüzdəki yeri hər zaman özəl və ayrı olsa da, hazırda "Kocaelispor"la inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru gedirik. İki həftə öncə Azərbaycan milli komandası üçün də eyni proses baş vermişdi. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm. Yeganə düşüncəmiz "Kocaelispor"dur".
Qeyd edək ki, 54 yaşlı mütəxəssis "Beşiktaş", "Bursaspor", "Eskişehirspor", "Traktor", "Kayserispor" və "Samsunspor"u çalışdırıb. O, 2023-cü ilin yayından "Kocaelispor"un baş məşqçisidir.