Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiya Ukraynaya 37 milyon dollar ayıracaq

Yaponiya Ukraynaya 37 milyon dollar ayıracaq

Tarix: 7 Yanvar 2024 17:58

Yaponiya hökuməti Ukraynaya yardım çərçivəsində pilotsuz uçuş aparatları (PUA) aşkarlama sistemlərinin əldə edilməsi üçün 37 milyon dollar ayıracaq.

APA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yoko Kamikava ukraynalı həmkarı Dmitri Kuleba ilə Kiyevdə baş tutan görüşü zamanı bildirib.

Kamikavanın sözlərinə görə, Yaponiya hökuməti 37 milyon dollar vəsaiti NATO fonduna göndərəcək.

"Yaponiya Ukraynanı dəstəkləməkdə qərarlıdır ki, Ukraynada sülh bərpa oluna bilsin. Hazırda Ukraynada vəziyyətin nə qədər gərgin olduğunu hiss edirəm. Mən bir daha Rusiyanın raket və dron hücumlarını, xüsusən də Yeni il günü edilən bu hücumları şiddətlə qınayıram", - yaponiyalı nazir deyib.

Yaponiya XİN rəhbəri Kiyevə qışda elektrik probleminin həllinə kömək məqsədilə ölkəsinin 5 ədəd mobil qaz turbin generatoru verəcəyini vəd edib.

Qeyd edək ki, Tokio Ukraynada hərbi münaqişə gərginləşəndən indiyə qədər Kiyevə 7,6 milyard dollardan çox humanitar, ərzaq, maliyyə və digər növ yardımlar göstərib.

Xatırladaq ki, Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Avropa və Şimali Amerika ölkələrinə səfərləri çərçivəsində bu gün gözlənilmədən Ukraynaya gedib.

Milli.Az


Etiketlər:  Yaponiya Ukraynaya 37 milyon dollar ayıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ