Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 21:10
Braziliya yığmasının sabiq futbolçusu Romario ölkəsinin "Amerika" klubunun prezidenti olub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Rio-de-Janeyro təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Amerika" Braziliyanın ən köklü klublarından biridir. Komanda hazırda Rio-de-Janeyro əyalətinin Ali Liqasında - Karioka çempionatında mübarizə aparır.
Qeyd edək ki, Romario 1994-cü ildə Braziliya yığması ilə dünya çempionu olub. Əfsanəvi forvard karyerasında İspaniyanın "Barselona" və Niderlandın PSV klublarının da formasını geyinib.