Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 08:30
Kolumbiyanın şimalında xəstənin tibbi daşınmasını həyata keçirən təyyarə qəzaya uğrayıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti məlumat yayıb.
Faciə Valdupar şəhərində baş verib və hava gəmisi yerə çırpıldıqdan sonra alovlanıb.
Təyyarənin göyərtəsində ümumilikdə altı nəfər olub və onlardan 5-i xilas olmağı bacarıb.
Yalnız bir nəfər, alovlanan təyyarədən çıxa bilməyən həkim həlak olub.
Artıq hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.