Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 ardıcıl aviaqəza baş verdi

3 ardıcıl aviaqəza baş verdi

Tarix: 8 Yanvar 2024 11:20

Kanadanın Britaniya Kolumbiyası dağlarında qəzaya uğrayan helikopter tapılıb, onun pilotu həlak olub.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə CTV məlumat yayıb.

"Cümə günündən bəri Kanadanın Qleyşer Milli Parkının dağlarında helikopterin axtarışları davam edirdi. Modeli göstərilməyən helikopter qonşu Alberta əyalətində yerləşən Kalqaridən havaya qalxıb. Ölən pilotun kimliyi açıqlanmır", - məlumatda deyilir.

​Daha bir qəza Avstraliyada baş verib. Ölkənin şimal-şərqində göyərtəsində 10 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb, iki nəfər xəstəxanaya yerləşdirilib. Kiçik təyyarə Kernsdən 250 kilometr şimalda, okeanda yerləşən Lizard adasına enərkən qəzaya uğrayıb. Qəza nəticəsində iki sərnişin ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerindəcə tibbi yardım göstərilib.

Kolumbiyanın Valledupar şəhəri yaxınlığında göyərtəsində tibb işçiləri olan "Cessna-421" təyyarəsinin qəzaya uğraması nəticəsində isə azı bir nəfər ölüb. 11 yaşlı uşağı müalicə üçün Boqotaya aparmalı olan təyyarənin göyərtəsində 6 nəfər olub. Uşağı müşayiət edən həkimlərdən biri hadisənin qurbanı olub. Sağ qalanlar xəstəxanaya yerləşdirilib.


Etiketlər:  ardıcıl aviaqəza baş verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ