Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Blinken BƏƏ-də səfərdədir

Blinken BƏƏ-də səfərdədir

Tarix: 8 Yanvar 2024 14:04

ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərq turnesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller (Matthew Miller) X hesabında yazıb.

"ABŞ və Birləşmiş Ərəb Əmirlikləri regionda və onun hüdudlarından kənarda strateji tərəfdaşlığı bölüşürlər. Dövlət katibi Entoni Blinken regionda münaqişənin genişlənməsinin qarşısını almaq səylərini və davamlı sülhə nail olmaq üçün işimizi müzakirə etmək məqsədilə Əbu-Dabidədir", - o bildirib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərq ölkələrinə səfərə çıxıb. E.Blinken turne çərçivəsində artıq Türkiyə, Yunanıstan, Qətərdə səfərdə olub. BƏƏ-dən sonra növbəti ziyarət isə Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə olacaq.

Milli.Az


Etiketlər:  Blinken BƏƏ səfərdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ