Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tokioda keçmiş Baş nazirin iqamətgahı yandı

Tokioda keçmiş Baş nazirin iqamətgahı yandı

Tarix: 8 Yanvar 2024 21:02

Yaponiyanın keçmiş Baş naziri Kakuei Tanakanın Tokionun mərkəzindəki iqamətgahı tamamilə yanıb.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda NHK telekanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, yanğın yanvarın 8-də günortadan sonra baş verib. 800 kvadratmetr ərazini əhatə edən yanğın təxminən iki saatdan sonra 20 yanğınsöndürmə briqadası tərəfindən söndürülüb. Nəticədə ikimərtəbəli bina demək olar ki, tamamilə yanıb. Bundan əlavə, həmin ərazidə birmərtəbəli bina qismən yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, Tanaka 1972-1974-cü illərdə Yaponiyanın Baş naziri olub. Onun qızı Tanaka Makiko əvvəllər Xarici İşlər Naziri olub.


Etiketlər:  Tokioda keçmiş Baş nazirin iqamətgahı yandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ