Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mafiya rəhbəri həbsdən qaçdı, prezident təcili iclas çağırdı

Mafiya rəhbəri həbsdən qaçdı, prezident təcili iclas çağırdı

Tarix: 8 Yanvar 2024 22:08

Ekvadordakı "Los Çoneros" cinayətkar qruplaşmasının rəhbəri həbsdən qaçıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə həbsxanadan məlumat verilib.

"Los Çoneros" qruplaşmasının "Fito" ləqəbli rəhbəri Adolfo M.V-nin Quyakilyadakı həbsxanadan qaçması ilə bağlı ölkənin Baş Propkurorluğu cinayət işi açıb", - məlumatda qeyd olunub.

"Expresso" qəzetinin məlumatına görə, Fito bazar günü səhər ciddi rejimli "La Roka" həbsxanasına köçürülməli idi, lakin onu kamerasında tapmaq mümkün olmayıb.

Ekvador Prezidenti Daniel Noboa məsələ ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Qeyd edək ki, "Los Çoneros" Ekvadorun ən böyük narkokartelidir. Onun rəhbəri olan Fito 2011-ci ildə narkoticarət, cinayətkar qruplaşma yaratmaqda və qətldə günahlandırılaraq həbs edilmişdi. 2013-cü ilin fevralında qaçmağa cəhd göstərsə də, elə həmin ilin mayında ələ keçmişdi.

2023-cü ilin avqustun 9-da qətlə yetirilən prezidentliyə namizəd Fernando Vilyavisensio ölümündən bir neçə gün öncə Fito tərəfindən təhdidlər aldığını bildirmişdi.

Milli.Az


Etiketlər:  Mafiya rəhbəri həbsdən qaçdı prezident təcili iclas çağırdı


RƏYLƏR