Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Borel və Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər

Borel və Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər

Tarix: 8 Yanvar 2024 23:00

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borel Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Borel "X" sosial şəbəkəsində yazıb.

"Biz regionda apardığımız danışıqların nəticələrini gərginliyin azaldılması, Qəzzadakı humanitar fəlakəti yumşaltmaq və BMT-nin əvəzsiz rolunu gücləndirmək səyləri ilə müqayisə etdik", - Borel qeyd edib.

Borel Yəmən üsyançılarının təhdidləri fonunda Qəzza zolağında nizamlanma və Qırmızı dənizdəki vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedib. ABŞ-nin dövlət katibi Antoni Blinken də bu gün Səudiyyə Ərəbistanına səfər edib və burada Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısının alınmasını müzakirə edəcək.

Milli.Az


Etiketlər:  Borel Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ