Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2019 05:24
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) İranın Fordoda uranın zənginləşdirilməsini bərpa etməsindən sonra Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) üzrə yeni görüş təşkil etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Aİ Şurasının XİN rəhbərləri səviyyəsində keçirilən iclasından sonra mətbuat konfransında deyib.
F.Mogerini bildirib: "Biz BHFP üzrə birgə komissiyanın görüşünün keçirilməsinin vacibliyini dəyərləndiririk. Görüş yaxın günlərdə baş tuta bilər".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin