Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2024 23:30
"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən "X" (tvitter) sosial şəbəkəsinə rəhbərlik edən amerikalı milyarder İlon Mask narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatları təkzib edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə milyarder öz səhifəsində yazıb.
O, 3 il ərzində verdiyi analizlərdə heç bir narkotik və ya spirt izinə belə rast gəlinmədiyini bildirib. O, analizi NASA-nın tələbi ilə verdiyini qeyd edib.
Xatırladaq ki, "The Wall Street" jurnalı İlon Maskın narkotik maddələrdən, xüsusilə də LSD, kokain, ekstazi, göbələk və ketamindən istifadə etdiyini yazmışdı.