Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul'' onu yenidən icarəyə göndərdiyini təsdiqlədi

''Liverpul'' onu yenidən icarəyə göndərdiyini təsdiqlədi

Tarix: 10 Yanvar 2024 22:18

"Liverpul" futbolçusu Fabio Karvalyonun "Hall Siti"yə icarəsi rəsmiləşib.

Sonxeber.net-a qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında Çempionşip təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Karvalyo peşəkar karyerasına "Fulhem"də başlayıb. O, 2022-ci ilin yayında 5,9 milyon avroya "Liverpul"a keçib. Fabio komandanın heyətində 21 oyuna çıxıb və 1 qol vurub. Portuqaliyalı futbolçu 2023-cü ilin yayından dekabr ayınadək icarə əsasında "Leyptsiq"də oynayıb. Karvalyo bu müddət ərzində 15 görüşdə iştirak edib.

Xatırladaq ki, TV8 kanalının rəhbəri, türkiyəli məşhur aparıcı Acun Ilıcalı 2022-ci ilin yanvarında "Hall Siti"ni alıb. Komanda hazırda Çempionşipdə mübarizə aparır və 26 oyundan sonra turnir cədvəlində 39 xalla 7-cidir.


Etiketlər:  Liverpul yenidən icarəyə göndərdiyini təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ