Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda su borusu partladı - Hadisə yerinə "Azərsu"nun əməkdaşları cəlb olundu

Bakıda su borusu partladı - Hadisə yerinə

Tarix: 12 Noyabr 2019 10:40

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda su borusunun partlaması nəticəsində qəza baş verib.

Trend-in məlumatına görə, hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyid-Zahid küçələrinin kəsişməsində qeydə alınıb. Borunun partlaması nəticəsində yolu su basıb.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, qəzaya səbəb boruda yaranan nasazlıq olub:

"Gecə adıçəkilən küçələrin 7-9 ünvanlarında 100 diametrlik boru partlayıb və nəticədə küçəyə qısa müddətdə su axıntısı baş verib. Hadisə yerinə cəlb olunan "Azərsu"nun əməkdaşları problemi aradan qaldırıb. Ərazidə olan evlərin heç birinə suyun verilişində problem yaranmayıb".


Etiketlər:  Bakıda su borusu partladı Hadisə yerinə Azərsunun əməkdaşları cəlb olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ