Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fənərbaxça" 7 qolla qalib gəldi

Tarix: 11 Yanvar 2024 00:56

Türkiyə Superliqasında təxirə salınmış 16-cı turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,"Fənərbaxça" öz meydanında "Konyaspor"la qarşılaşıb. Oyun İstanbul klubunun 7:1 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbaxça" - "Konyaspor" - 7:1
Qollar: Dzeko, 11-pen; 32; 40. M.Müldür, 42. Şimanski, 44. Batşuayi, 63. U.Yazgili, 83-öz qapısına - Gilyerme, 90.

"Fənərbaxça" 50 xalla lider, 1 oyun az keçirən "Qalatasaray" 47 xalla 2-cidir. "Konyaspor" isə 18 xalla 18-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Fənərbaxça 7 qolla qalib gəldi


RƏYLƏR