Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2024 09:45
"Lüt gəzənlər də var, özünü apara bilməyənlər də. Amma onlara heçnə olmur. Çünki murdar əski tüstü götürmür. Onlara baxanda Aygün ölməli deyildi".
Sonxeber.net azxeber-ə istinadla bildirir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva dava-dalaş içərisində olan şou biznes əhlinə ünvanlayıb.
"Həyatdır, itirə, itirə gedirik. Bu sənətdə olanlar sağ ikən bir-birini qırırlar. Mən bu yaşıma kimi görməmişəm ki, kimsə öləndə onu aparıb zər-xaranın içində basdırsınlar. Hamımız bir parça bezdə gedəcəyik, o da qismət olsa. Bir birinizi qırmayın, mehriban olun, dünya fanidir. Ölümü düşünün, Allahdan qorxun".