Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilərinin sevimli senatorunun başı dərddə: Agent çıxdı

Ermənilərinin sevimli senatorunun başı dərddə: Agent çıxdı

Tarix: 11 Yanvar 2024 14:06

Korrupsiyada təqsirləndirilən, Misir və Qətərə işləməkdə ittiham olunan amerikalı senator Bob Menendezin vəkilləri Nyu-York məhkəməsində işin dayandırılması barədə vəsatət qaldırıblar.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, vəkilləri senatorlar barədə ittihamları "yalan" hesab edirlər.

Bobun vəkilləri iddia edirlər ki, onun hər bir hərəkəti "xoş niyyət"indən xəbər verir.

"Məhkəmə ittiham aktını ləğv etməlidir", - vəsatətdə deyilir.

Sentyabrda Menendez və onun erməni həyat yoldaşı Nadina Arslanyanın Nyu-Cersi ştatından olan üç iş adamı ilə korrupsioner münasibətlərdə olması və yüz minlərlə dollar rüşvət alması faktı ilə bağlı ittiham irəli sürülüb. Senator nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb. Bundan sonra ABŞ Ədliyyə Departamenti Menendezə Misirə agent kimi işləmək ittihamı irəli sürüb. İttiham tərəfinin versiyasına görə, Menendez qarşı tərəfə mühüm dövlət məlumatları ötürüb və Misirin maraqlarından çıxış edərək, ABŞ-nin müvafiq dövlət qurumlarına təzyiq edib. Xüsusilə, hakimiyyətin Misirə hərbi satış və yardımla bağlı qərarına təsir göstərə bilib.

Yanvarın əvvəlində isə Menendez yenidən rüşvət almaqda və Qətərə işləməkdə ittiham olunub. Prokurorlar deyirlər ki, senator Qətərdən bu məqsədlə qiymətli əşyalar, pullar və 10-24 min dollar dəyərində saatlar alıb.

Menendez fəaliyyəti dönəmində Ermənistanın Azərbaycana, Yunanıstanın da Türkiyəyə qarşı təxribatçı və saxtakar iddialarının qızğın tərəfdarı olub. Uzun müddət Ağ Evin Azərbaycana səfir təyin etməsinə mane olan senator Türkiyəyə F-16 qırıcılarının satışına da əngəl yaradırdı. Barəsində irəli sürülün ittihamlar arasında yer almasa da, Menendezin Yunanıstan və Ermənistana da agentlik etdiyinə şübhə yoxdur.

Milli.Az


Etiketlər:  Ermənilərinin sevimli senatorunun başı dərddə Agent çıxdı


RƏYLƏR