Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ və Britaniya Yəməni bombalayır: Yaxın Şərq qana boğulub - YENİLƏNİB

ABŞ və Britaniya Yəməni bombalayır: Yaxın Şərq qana boğulub - YENİLƏNİB

Tarix: 12 Yanvar 2024 08:16

--------
08:07

ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunun hədəfi Səna və Hudeydə hava limanları, həmçinin Əd-Deyləmi aviabazası olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı "Ənsar Allah" hərəkatının (husilər) hərbi nümayəndəsinə istinadən bildirib.

Telekanalın məlumatına görə, ABŞ və Britaniyanın zərbələrinin əsas hədəfləri Səna beynəlxalq hava limanı, Hudeyda hava limanı və onun ətrafı, həmçinin Yəmənin şimal-qərbindəki Saada şəhərində yerləşən Əd-Dailami hərbi hava bazası və Kelen düşərgəsi olub.

--------
06:55
Britaniyanın Baş naziri Rişi Sunak Qırmızı dənizdəki əməliyyatlara münasibət bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sunak bu zərbələrin zəruri və proporsional olduğunu bildirib.

****

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb. Onlar təyyarələrdən, gəmilərdən və sualtı qayıqlardan atılan raketlərlə Yəmən husilərinə hücum ediblər.

Bu barədə "Reuters" ABŞ-ın yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya 2024-cü il yanvarın 11-dən 12-nə keçən gecə Yəməndəki Ənsar Allah hərəkatının (Husilər) mövqelərinə hücum edib.

Mənbələrin məlumatına görə, Yəmənin paytaxtı Sənaya 4 hava zərbəsi endirilib. Bundan əlavə, Qırmızı dəniz sahilindəki Hudeyda şəhərindəki hədəflərə zərbələr endirilir.

Yəmənin Səna, Səada, Hodeyda, Taiz və Dhamar şəhərləri hücuma məruz qalıb.

ABŞ Prezidenti Co Bayden aviazərbələrin "husilərin Qırmızı dənizdəki beynəlxalq gəmilərə görünməmiş hücumlarına birbaşa cavab" olduğunu bildirib.

Rusiya hücumlarla əlaqədar BMT TŞ-nin təcili iclasının keçirilməsini tələb edib.

Milli.Az


Etiketlər:  ABŞ Britaniya Yəməni bombalayır Yaxın Şərq qana boğulub YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ