Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Murad və Ülviyyə uzun müddət sonra birlikdə FOTO paylaşdılar

Murad və Ülviyyə uzun müddət sonra birlikdə FOTO paylaşdılar

Tarix: 12 Yanvar 2024 10:20

Aktyor cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyova uzun müddət sonra birlikdə foto paylaşıblar. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şəkildə cütlüyün iki oğlu Fuad və Rəsul da yer alıb. 

Ülviyyə paylaşımında oğlunun ad günü olduğunu vurğulayaraq "Aslan oğlum, 2 yaşın mübarək. Nə yaxşı ki, varımsan" sözlərini qeyd edib.

Murad isə övladını "Rəsul balamın iki yaşı tamam oldu. Təbrik edirəm oğlum. Allah bütün körpələri qorusun. Olmayanlara qismət olsun" sözləri ilə təbrik edib.

Qeyd edək ki, Murad və Ülviyyə haqqında dəfələrlə ayrılıq xəbərləri yayılıb. Onlar bir neçə dəfə küssələr də, boşanmayıblar. 

Milli.Az


Etiketlər:  Murad Ülviyyə uzun müddət sonra birlikdə FOTO paylaşdılar


RƏYLƏR