Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada banan qıtlığı yarana bilər

Dünyada banan qıtlığı yarana bilər

Tarix: 12 Yanvar 2024 11:04

Ekvadorda daxili silahlı münaqişənin daha da genişlənməsi  banan, karides, yağ və güllərin dünya bazarlarına çıxarılmasına mənfi təsir göstərəcək.

Milli.Az unikal-a istinadən xəbər verir ki,  bu barədə "RİA Novosti" məlumat dərc edib. 

Agentliyin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına istinadən yazdığı kimi , 2022-2023-cü ilin sonunda Ekvadordan ən çox mal idxal edən ölkələr ABŞ, Çin, Panama, Yaponiya və Avropa İttifaqı olub.

Ölkə üçün əsas ixrac məhsulu banandır (dünya ixracının 30%-dən çoxu).

Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin Ticarət Siyasəti İnstitutunun direktoru Aleksandr Daniltsev agentliyə bildirib ki, "Belə bir vəziyyətdə Ekvadordan ixracın dayandırılması dünya bazarına əhəmiyyətli təsir göstərəcək".

Milli.Az


Etiketlər:  Dünyada banan qıtlığı yarana bilər


RƏYLƏR