Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda şəhər meri qəbula gələn vətəndaşı bıçaqladı

Ermənistanda şəhər meri qəbula gələn vətəndaşı bıçaqladı

Tarix: 13 Yanvar 2024 07:28

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" Partiyasının üzvü, Stepanavan şəhərinin meri qəbuluna gələn vətəndaşı bıçaqlayıb.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev bildirib:

"Stepanavanın meri şəxsi məsələ ilə müraciət edən vətəndaşın boğazını bıçaqla kəsməyə çalışıb. Müvəkkilim əmək qabiliyyəti haqqında arayış almaq üçün şəhər meriyasına daxil olub, merdən xahiş edib. Sonuncunun təhlükəsizlik işçiləri vətəndaşı döyüblər, bundan sonra mer bıçaqla onun boğazını kəsməyə cəhd edib.

Zərərçəkmiş polisə müraciət edib, lakin istintaq yubadılır və (onlar) maddi sübutları qəbul etmirlər".

O, aidiyyəti qurumları məsələ ilə yaxından maraqlanmağa çağırıb. 


Etiketlər:  Ermənistanda şəhər meri qəbula gələn vətəndaşı bıçaqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ