Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 32-ə çatdı - YENİLƏNİB

Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 32-ə çatdı - YENİLƏNİB

Tarix: 13 Yanvar 2024 17:24

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatının daha 9 üzvünü öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Həmçinin bildirilib ki, Suriyanın şimalından Türkiyə ərazisinə 12 nəfərlik terrorçu qrupunun daxil olmaq cəhdinin qarşısı alınıb.

Məlumata görə, PKK terror qruplaşmasının 29 hədəfinə də zərbələr endirilib.

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında "Pence-Kilit" əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub. Türkiyə ordusu ərazidə əməliyyatları davam etdirir.

-------

12:18

Türkiyə ordusu İraqın və Suriyanın şimalında 20 terrorçu öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hədəflərə həm qurudan, həm də havadan zərbələr endirilib.

Məlumata görə, ərazidə əməliyyat davam edir.

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında "Pence-Kilit" əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

Milli.Az


Etiketlər:  Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 32 ə çatdı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ