Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2024 15:08
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədəli hücumçusu Erlinq Haaland barədə danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, mütəxəssis forvardın bu ayın sonunda oynamağa hazır olacağını bildirib:
"Belə zədələrin sağalması vaxt alır. O, ayın sonuna qədər hazır olacaq. Lakin bərpa ilkin planlaşdırıldığından bir az daha uzun çəkdi".
Qeyd edək ki, 23 yaşlı futbolçu dekabrın 6-da "Aston Villa" ilə matçda (0:1) ayağından zədə alıb.