Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2024 20:45
"Parazit" və "Qardalan" filmlərinin yaradıcısı Bonq Joon Ho Cənubi Koreyanın daha 2000 mədəniyyət xadimi ilə birlikdə aktyor Li Son Gyunun ölümünün araşdırılmasını tələb edib.
Milli.az axşam.az-a istinadən xəbər verir ki, mədəniyyət xadimləri arasında həmrəylik birliyi yaradan kino sənayesi işçiləri bəyanat yayaraq 48 yaşlı sənətçinin ölümünün səbəblərinə aydınlıq gətirilməsini istəyiblər.
Qeyd edək ki, Li Son Seulun mərkəzi parkında avtomobildə ölü tapılıb. Bəzi versiyalara görə, ölümün səbəbi intihar olub. Aktyorun həyat yoldaşı evdə intihar məktubu da tapıb.
Xatırladaq ki, aktyor daha əvvəl narkotikdən isitfadə etməsi şübhəsi ilə polisdə dindirilib. Li Sonq testlərdən keçib və nəticələr mənfi olub.