Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu dəfə yarasalar dərman olacaq - ARAŞDIRMA

Bu dəfə yarasalar dərman olacaq - ARAŞDIRMA

Tarix: 14 Yanvar 2024 00:33

Heyvanların DNT-sinin diabetin müalicəsini tapmağa kömək edə biləcəyinə inanan elm adamları meyvə yarasalarının bu işdə xilasedici ola biləcəyini aşkarta çıxarıblar.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, şəkərli diabetlə insan orqanizmi insulin istehsal edə və ya onu aşkar edə bilmir, bu da qan şəkərini idarə etməkdə problemlər yaradır. Lakin meyvə yarasalarında qan şəkərinə mütləq nəzarət edən bir genetik sistemin olduğu idda edilib. Təhqiqatçı qrup yeni növ insulin hazırlana biləcəyini deyib.

Koreyanın Yonsei Universiteti və Nyu-Yorkdakı Amerika Təbiət Tarixi Muzeyinin alimləri ilə əməkdaşlıq edən komanda öz işlərini "Nature Communications" jurnalında dərc etdirib.

Araşdırmada yarasanın mədəaltı vəzi və böyrəklərinin necə inkişaf etdiyinə diqqət yetirilib. Onlar meyvə yarasasının mədəaltı vəzində əlavə insulin istehsal edən hüceyrələrə və böyük miqdarda şəkəri emal etməyə kömək edəcək genetik dəyişikliklərə malik olduqlarını, böyrəklərinin isə elektrolitləri saxlamağa uyğunlaşdığını müəyyən ediblər.

Alimlər yarasalar üzərində araşdırma apardıqdan sonra yeni növ müalicə üsulunun mümkünlüyü barədə açıqlama verəcəklərini vurğulayıblar.

Milli.Az


Etiketlər:  Bu dəfə yarasalar dərman olacaq ARAŞDIRMA


RƏYLƏR