Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Milli Müdafiə Nazirliyi: Zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib

Türkiyə Milli Müdafiə Nazirliyi: Zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib

Tarix: 14 Yanvar 2024 01:34

İraqın şimalında və Suriyada son 24 saatda keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ən çətin şəraitdə xain hücumun əvəzini PKK terrorçularına ödəməyə davam edirik. Əməliyyatlarımız qətiyyətlə davam edir", - açıqlamada deyilir.

Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında "Pence-Kilit" əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

Milli.Az


Etiketlər:  Türkiyə Milli Müdafiə Nazirliyi Zərərsizləşdirilən terrorçuların sayı 57 yüksəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ