Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuqdəymənin dərmanı: Quşüzümünün daha bir əvəzolunmaz xüsusiyyəti - FOTO

Soyuqdəymənin dərmanı: Quşüzümünün daha bir əvəzolunmaz xüsusiyyəti - FOTO

Tarix: 14 Yanvar 2024 21:30

Quşüzümü (mərcanı) digər faydalı xüsusiyyətləri ilə yanaşı ömrü də uzadır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Pensilvaniya Tibb Kolleci və Xərçəng İnstitutundan bir qrup alim tərəfindən aparılan tədqiqatlardan sonra məlum olub.

15 il ərzində aparılan genişmiqyaslı araşdırma zamanı elm adamları 37 mindən çox insanın məlumatlarını təhlil ediblər.

Tədqiqatlar zamanı bu meyvənin immun sistemini gücləndirərək soyuqdəymədən qorumaqla yanaşı, ölüm riskini azaltdığı öyrənilib. Məlumata görə, quşüzümünün gündəlik istehlakı ölüm riskini 31% azaldır.

Qeyd edək ki, quşüzümü - kalium, fosfor, kalsium, dəmir, manqan, molibden, mis və s. faydalı maddələrin "anbarıdır". Bundan başqa onun tərkibində ürək-damar sistemi üçün xoleretik, bakterisid, antispazmodik və qoruyucu təsir göstərən, qan damarlarının kövrəkliyini azaldan flavonoidlər var, həmçinin iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

Milli.Az


Etiketlər:  Soyuqdəymənin dərmanı Quşüzümünün daha əvəzolunmaz xüsusiyyəti FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ