Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa qarışdı: 43 şəhərdə "rezin qayıq" etirazı - FOTO

Fransa qarışdı: 43 şəhərdə

Tarix: 15 Yanvar 2024 13:02

Fransada immiqrasiya siyasətini sərtləşdirən qanunun geri götürülməsi tələbi ilə etiraz aksiyaları keçirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, başda paytaxt Paris olmaqla 43 şəhərdə 400 müxtəlif qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada etiraz simvolu ölkəyə qeyri-qanuni yollarla gələn mühacirlərin istifadə etdiyi rezin qayıq olub.

Respublika meydanına toplaşan nümayişçilər sözügedən qanunun tamamilə geri götürülməsini tələb edərək "Biz bunu istəmirik", "Bu qanunla mübarizə aparacağıq", "Fransaya işləmək üçün gəlmişik", "Biz cinayətkar deyilik", "Bu qanun irqçi bir qanundur" kimi şüarlar səsləndiriblər.

Qanuna görə, ölkəyə gələn və işi olan əcnəbilər gəldikdən 30 ay sonra, işi olmayanlar isə 5 ildən sonra ailə müavinətini ala biləcəklər. Fransada doğulan əcnəbi ailələrin uşaqları birbaşa vətəndaşlıq ala bilməyəcək, 16-18 yaş arasında vətəndaşlıq üçün müraciət etməli olacaqlar. Bundan əlavə, cinayət törədən ikili vətəndaşlar Fransa vətəndaşlığından məhrum edilə bilər.

Qeyd edək ki, qanun ötən il dekabrın 20-də Senatdan sonra Milli Assambleyada 186 "xeyr" səsinə qarşı 349 "hə" səsi ilə qəbul edilib. Konstitusiya Şurası mətnin prosessual uyğunluğu barədə yanvarın 25-də qərar verəcək.

Milli.Az


Etiketlər:  Fransa qarışdı 43 şəhərdə rezin qayıq etirazı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ