Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məcburi köçkünlərin məskunlaşdığı binaların aqibəti necə olacaq? - AÇIQLAMA

Məcburi köçkünlərin məskunlaşdığı binaların aqibəti necə olacaq? - AÇIQLAMA

Tarix: 16 Yanvar 2024 14:50

"Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, Baş planla nəzərdə tutulan əsas islahat kompleks yanaşmadır:

"Artıq yanaşmalar nöqtəvi yox, kompleks olacaq. Bu da şəhərdə müvafiq istirahət yerlərinin, yaşıllıqların planlaşdırılmasına zəmin yaradır".

Komitə sədri məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların aqibətindən də danışıb:

"Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri, təəssüf ki, qəzalı vəziyyətə çox yaxındır. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. Onlar köçürüldükdən sonra o binaların da digər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur".

Milli.Az


Etiketlər:  Məcburi köçkünlərin məskunlaşdığı binaların aqibəti necə olacaq AÇIQLAMA


RƏYLƏR