Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2024 15:38
Rusiyadakı Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbəri Raisa Lukutsova Moskvada ölü tapılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Lukutsovanın meyiti Moskvadakı mənzilində aşkarlanıb.
İlkin ehtimallara görə, ölüm təbii səbəblərdən baş verib. 74 yaşlı qadın xərçəngin dördüncü mərhələsində olub.
Lukutsova 2006-2021-ci illərdə Qırmızı Xaç Cəmiyyətinə rəhbərlik edib. 2022-ci ildə məhkəmə ona Moskva yaxınlığındakı sanatoriyanı qanunsuz olaraq satmaq istədiyinə görə dələduzluq ittihamı üzrə dörd il şərti iş verib.